"Müharibədə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər" - Azərbaycan Prezidenti
“Biz hamımız Azərbaycan xalqının nümayəndələriyik. Ancaq, eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzi var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir. Çünki baxın, inkişaf etmiş ölkələrdə indi hansı problemlər yaşanır. Onlar bu problemlərin öhdəsindən gələ bilməyiblər. Orada dini, milli zəmində ziddiyyətlər, ayrı-seçkilik baş verir. O ölkələrin bəzi şəhərlərində elə bölgələr var ki, oraya heç polis girə bilmir. Sanki bir dövlət içində dövlət qurublar. Nəyə görə? Çünki siyasət düzgün aparılmayıb, ümumiyyətlə, siyasət aparılmayıb”.
SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib.
“Hesab edirdilər ki, iqtisadi nailiyyətlər və meyarların yüksək olması orada yaşayan və oraya gələn bütün başqa xalqların nümayəndələri üçün xoşbəxtlik gətirəcək. Amma bu, belə deyil. Orada ədalətsizlik hökm sürür, təbəqələşmə hökm sürür, milli, dini zəmində ayrı-seçkilik var, irqçilik var. Biz bunun təzahürlərini görürük və son zamanlar bu, özünü daha qabarıq şəkildə göstərir, xüsusilə miqrant böhranı ilə əlaqədar. Miqrant böhranı da, əslində, göstərdi ki, elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur”, - Azərbaycan Prezidenti əlavə edib.
Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi: “Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...
Sosial 23:19Türkiyəli jurnalist Azərbaycan xalqından üzr istədi
Siyasət 22:19Renault 80-ci illərin ralli əfsanəsini canlandıracaq...
Texnologiya 21:52Pentaqon şarlar üçün yeni bir istifadə tapdı...
Dünya 21:29Rusiyanı səfərbərlik gözləyirmi?
Dünya 21:06Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



