COVID-19 anti-rekordu qeydə alınıb Ermənistanda

Ermənistanda 4 mart tarixinə təsdiqlənmiş 173.307 koronavirus hadisəsi qeydə alınıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında məlumat yayılıb.

Beləliklə, bir gün əvvəl ölkədə 360 yeni hal təsdiqləndiyi halda, gün ərzində yeni yoluxma hadisələrinin sayı 491 olub Bir gün əvvəl COVID-19-dan 6 nəfər ölüb.

Mərkəzə görə, ümumilikdə 742.038 koronavirus testi aparılıb. Bu vaxta qədər 3208 nəfər ölüb, 5194 xəstənin hazırda müalicəsi davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...