Berlin kinofestivalında separatçı küləyi əsəcək? TƏXRİBAT + FOTOFAKT

Fransalı ermənipərəst jurnalist Jan Kristof Byuisson tvitter sosial şəbəkəsində erməni separatçılarına “sevindirici” xəbər verib. SİA xəbər verir ki, fransalı jurnalist Berlində keçiriləcək beynəlxalq kinofestivalında “artsaxa” həsr olunmuş filmin məhz edilən təsirlər vasitəsi ilə nümayiş etdiriləcəyini bildirib. O, guya həmin filimdə Azərbaycana qarşı “faktların” olduğunu iddia edib, üstəlik, filmin nümayişini “kiçik olsa da, qələbə” adlandırıb.

Söz yox ki, əgər bu, həqiqətdirsə, onun arxasında Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatın dayanması şübhə doğurmur.

Qeyd edək ki, hələlik, sözügedən iddia ilə bağlı müvafiq orqanlarımız tərəfindən münasibət bildirilməyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə