“Prezidentin media konfransı Azərbaycanın dünyaya təkrar təqdimatı oldu” ÖZƏL-MÜNASİBƏT

"Prezident İlham Əliyevin canlı müsahibəsi vaxt baxımından unikal olduğu kimi, sualların çeşidi və mövzu müxtəlifliyi baxımından da yadda qaldı. Bu suallarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində planlaşdırılan quruculuq işlərindən başlamış, Cənubi Qafqaz regionunda və ümumilikdə dünyada cərəyan edən proseslərə münasibətə qədər ən müxtəlif mövzulara toxunuldu”. Bunu Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli “Səs” qəzetinə açıqlamasında bildirib.

Qeyd edib ki, Prezident bütün bu suallara əhatəli, qaneedici cavablar verdi, bu proseslərdə Azərbaycanın yeri, rolu barədə təsəvvür formalaşdırdı: “Bəlli oldu ki, Azərbaycanın bütün məsələlərə baxışı sülh kontekstində, humanist yanaşmadır, inkişafa köklənib. Belə yanaşma dünyada həm dövlətimiz, həm də xalqımız barədə düzgün təəssürat yaradır. Qısa olaraq demək olar ki, Prezident son media konfransı Azərbaycanın dünyaya təkrar təqdimatı oldu. Dünyada cərəyan edən aktiv siyasi proseslər fonunda belə təqdimata ciddi zərurət var idi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə