Erməni təcavüzü, “beşinci kalon”, koronavirus - Hansı daha təhlükəlidir?

Prezident İlham Əliyev: “Radikal müxalifətin Azərbaycanda vəziyyəti pisləşdirməyə nə gücü, nə də ağlı çatır”

Bu gün bir həqiqəti anlamaq və dərk etmək lazımdır ki, Azərbaycan düşmənə heç vaxt unuda bilməyəcəyi dərs verir və verməkdədir - istər siyasi, istər döyüş, istərsə də informasiya meydanında. Hər üç meydanda Azərbaycanın tam qələbə çalmasına bütün dünya şahid olub. Bəli, bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial-siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”.

Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düz 44 gün ərzində ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının «dəmir yumruq» siyasəti və xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamı nəticəsində qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağımıza qovuşduq.

Növbəti qələbəmiz - informasiya sahəsində əldə etdiyimiz uğurlardır. Prezident İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı bir tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Bəli, bu gün bütün bu uğurları həzm edə bilməyən radikal müxalifət anlamır ki, bu çirkin əməllərindən əl çəkmədikcə xalqın nifrətinə səbəb olurlar. Çünki xalqı, dövlət, Vətəni satanlar ancaq və ancaq xalqın düşmənidir.

Dövlət başçımız da bütün çıxışlarında radikal müxalifətin xəyanətkar, xain olduğunu bildirərək xalqı onların bu xəyanətlərini unutmamağa çağırıb: "Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir”.

Bu gün dövlət başçımızın bu mesajından sonra AXCP-Müsavatın hansı xəyanət axtarışını edir? Və özünü "lider" adlandıran Əli Kərimli ən birinci cinayətkar və xəyanətkar deyilmi? Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: "Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir". Belə olan halda nə istəyir, Əli Kərimli? Bəlkə

Ə.Kərimli elə zənn edir ki, ağ-qara deməklə elədikləri unudulacaq? Əsla!!! Haraya qədər? Artıq sonundur. Və bir daha bunu dönə-dönə yadınızda saxlayın ki, 2003-cü ildən tarixin zibillikləridəsiniz və o yeri çağırış etdiyiniz, asatqınçılıq etdiyiniz o xalq göstərib. Və bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və…bu sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi “siyasi mübarizə” adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, o zaman belələrinə susmaq, haraya qədər?

Dövlət başçımızın dediyi kimi: "Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır”.

Bəli, bu marginallar bilməlidirlər ki, bu gün Azərbaycanın sükanı etibarlı əldədir. Və Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri isə tarix heç vaxt bağışlamır, bağışlamayacaq da!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə