Şəhid Şükürov Samir Təyyub oğlunun ailəsi ziyarət edilib FOTOLAR

Şəhid Şükürov Samir Təyyub oğlunun ailəsi ziyarət edilib FOTOLAR

Fevralın 25-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şükürov Samir Təyyub oğlunun ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının nümayəndələri, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, Şükürov Samir Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə