Canilərin hesab verəcəyi günə qədər mübarizəmizi davam etdirəcəyik - Hüseyn Altınalan

Canilərin hesab verəcəyi günə qədər mübarizəmizi davam etdirəcəyik - Hüseyn Altınalan

26 fevral 1992-ci ildə 613 məsum mülki insanın qətl edildiyi ürəyimizi yandıran o "Qara gecə"ni unutmadıq. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib. "Hafizəmizi diri tutaraq, bu vəhşəti qətiyyən unutmayacaq, canilərin hesab verəcəyi günə qədər mübarizəmizi davam etdirəcəyik. Gözü dönmüş erməni terror təşkilatları tərəfindən 29 il öncə qətl edilən qardaşlarımıza Allahdan rəhmət diləyirəm", -deyə o bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə