Putinlə Paşinyan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. SİA-nın məlumatına görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə edilib.

V.Putin Ermənistanda qayda-qanun və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.

Rusiya dövlət başçısı, həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə