Azərbaycan hərbi arsenalını daha da gücləndirməlidir - MÖVQE ÖZƏL

"Ermənistan Baş naziri N.Paşinyan Serj Sarkisyanın "müharibənin üçüncü günündə İsgəndər raketi atılmalı idi" iddiasına cavab olaraq, "İsgəndərin" atıldığını, amma partlamadığını qeyd etdi. Bunu 80-ci illərin silahı kimi xarakterizə edərək, bununlada Rusiya hərbi sənayesinə ciddi zərbə vurmuş oldu. Həmçinin dolayısı ilə Sarkisyanı köhnə silahlarla ordunu təchiz etdiyi mesajını verdi". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, N. Paşinyanın Sarkisyan haqqında nə deməsi bizi maraqlandırmır, amma onun "İsgəndər" raketindən Azərbaycana qarşı istifadə edildiyini qeyd etməsi, ciddi bir bəyanatdır: "Bu, Azərbaycana qarşı birbaşa Ermənistanın ballistik raketlərlə hücum təcavüzüdür. Rəsmi Bakı Ermənistanı dinc sakinləri hədəf aldığı üçün beynəlxalq İnsan Haqları Məhkəməsinə verməlidir. Çox gümanki Ermənistanın atdığı 'İsgəndəri" Azərbaycan havada zərərləşdirib. Bu raketlərin İsrailin havadan müdafiə sistemləri qarşısında zəif olduğunu göstərir. Rusiya hərbi sənayesinin öyündüyü 'İsgəndər" raketini vurmasını Azərbaycan ona görə elan etmir ki, Moskva bundan qıcıqlanmasın. Çünki Qarabağ müharibəsində Rusyanın müasir havadan müdafiə sistemlərini rahat sıradan çıxardı. Hərbi arsenalına ciddi zərbə vurdu. Amma, bu raketlərin heçnəyə yaramadığını Paşinyan elan etdi".

M.Əsədullazadə vurğulayıb ki, əgər, Azərbaycan bu raketi havada zərərləşdiribsə, bununla bağlı ictimaiyyətə məlumat verilməlidir: "Müharibədə Gəncəyə, Bərdəyə raketlər atılıb. Əgər, "İsgəndər" raketi Azərbaycanın hər-hansı bir yaşayış məskəninə və yaxud strateji obyektinə düşüb partlasaydı, Ermənistana qarşı artıq müharibəyə rəvac verəcəkdi. Ermənistan məhz dağıdıcı gücə malik bu silahı atmaqla Azərbaycanı Ermənistana qarşı müharibəyə, Rusiya ilə üzbəüz gəlməyə planlayıb. Azərbaycan Ermənistanın silahlanmasına diqqət etməli, Rusiya bu ölkəyə növbəti ballistik raketlər göndərə bilər. Ona görə də Azərbaycan daha da hərbi arsenalını gücləndirməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...