Ermənistanda Pinoçet rejimi qurulur? İDDİA

Ermənistanın baş naziri Nikol Paşinyanın silahlı qüvvələrin baş qərargahının rəisi Onik Qasparyanın istefasını imzaladığı sənəd ölkə prezidenti Armen Sarkisyan tərəfindən imzalanmayıb. Müxalifət tərəfdarları prezidenti həmin sənədə imza atmamağa çağırırlar.

SİA xəbər verir ki, erməni siyasiləri arasında baş verən parçalanma artıq üç hissəyə ayrılıb. Paşinyan tərəfdarları, keçmiş hakimiyyət təmsilçiləri və ordu. Bununla bağlı Armenian Military Portal teleqram kanalı hazırkı ölkə başçısı Nikol Paşinyanın, keçmiş prezidentlər - Levon Ter-Petrosyanın, Robert Koçaryanın və Serj Sarqsyanın fotolarının üzərindən çarpaz xətlər çəkərək iqtidarın orduya keçməsini tələb edib.

Rusiyalı politoloq İqor Korotçenko bununla bağlı teleqram səhifəsində maraqlı fikir paylaşaraq bildirib ki, Ermənistanda Pinoçet rejimi qurulur.

Xatırladaq ki, Pinoçet Çilidə 70-ci illərdə hərbi çevriliş edərək hakimiyyəti ələ keçirən və hərbi diktatura yaradan generallardandır. Korotçenko da ermənilərin bir hissəsinin ordunun hakimiyyəti ələ keçirməsi tələbini irəli sürmələrinə görə belə bir fikir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə