İrəvan küçələri iflic vəziyyətindədir... müxalifət aksiyaları davam etdirir

Bu gün səhər saatlarından vətəndaşlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən itaətsizlik aksiyaları keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İrəvanın bir çox mərkəzi küçələrində nəqliyyatın hərəkəti iflic edilib və nəticədə kilometrlərlə tıxac yaranıb.
Məlumatda qeyd olunur ki, xüsusilə, “Vətənin Xilası Hərəkatı”nın tərəfdarları, Verin Antarain küçəsinin Saralanc küçəsi ilə birləşməsini bağlayıblar. Aktivistlər "Nikola olmadan Ermənistan" şüarları səsləndirərək maşınlarla və "insan səddi" ilə küçələrdə hərəkəti dayandırıblar. Bənzər aksiyalar paytaxtın digər yerlərində də keçirilib.
Daşnaksütyun partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətdə davam edəcək.
Polis aktivistləri həbs edərək hərəkəti bərpa etməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...