Erməni şərabçıları məhsul ixrac edə bilmirlər

Erməni şərabçıları məhsul ixrac edə bilmirlər

Ermənistandan ixrac olunan şərablar Gürcüstanda ilişib qalıb, iş adamları həm Ermənistanda, həm də Gürcüstanda müxtəlif orqanlara müraciət ediblər, lakin bu günə qədər dəqiq bir cavab ala bilməyiblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Proşyan Brendi Fabrikinin ixracat meneceri Vladimir Yeranosyan Sputnik Ermənistana verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstanda 3500 şüşə şərab qalır, ixrac üçün nəzərdə tutulan daha 7000 şüşə isə ünvana - Kiyevə göndərilməyib. Yeranosyan qeyd edib ki, Ukrayna şirkəti artıq məhkəməyə müraciət edib və Gürcüstan prokurorluğu da cavabdehdir.
Xatırladaq ki, şərab istehsalı və üçüncü ölkələrə ixracı ilə məşğul olan bir sıra erməni şirkətləri məhsullarını Gürcüstan ərazisi ilə daşımaq problemi ilə qarşılaşıblar. Erməni şərabı olan kontenerlər 20 gündən çoxdur qonşu ölkənin gömrük terminalında saxlanılır.
Təbii ki, işğalçı ölkənin digər qonşularla da münasibətləri normal deyil və bu fakt özü də təsdiq edir ki, Ermənistan bölgədə sıxılmış, küncə qısılmış vəziyyətdədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə