Erməni sübut etdi ki, kəndi Türkiyəyə məxsusdur FOTO

Erməni sübut etdi ki, kəndi Türkiyəyə məxsusdur FOTO

Azərbaycanın Ermənistanla sərhədlərinin GPS vasitəsi ilə müəyyən edilməsi erməni tərəfini təlaşlandırmaqda davam edir. Belə ki, tarixi Zəngəzur ərazilərimizin bir sıra kəndlərinin Azərbaycanın sərhəd hüdudlarına geri qaytarılması da sübut edir ki, artıq bu sərhədlər bir daha düşmən əlinə verilməyəcək. Baxmayaraq ki, ermənilər hay-həşir salaraq “qədim erməni torpaqları” adı altında nəyi isə sübut etməyə cəhdlər göstərirlər, amma fakt öz faktlığında qalır və isbat olunur ki, hətta Ermənistanın özü belə, bütövlükdə

Qərbi Azərbaycan torpaqlarıdır və bu torpaqlar əzəli olaraq bizlərə məxsusdur. Lakin bu arada bir erməni araşdırmaçı dəyişilməz qalan erməni “təfəkkürünə” arxalanaraq indi də Türkiyə ilə həmsərhəd əraziyə gedərək, sübut etməyə çalışıb ki, guya Türkiyə tərəfindənki torpaqlar vaxtilə ermənilərin olub. Daha dəqiq desək, Ermənistanın qərbində, Armavir vilayətində yerləşən Baqaran kəndində GPS-lə ağlındakını sübut etməyə cəhd edən erməni yaşadığı torpaqların qədim türk torpaqları olduğunu müəyyən edib.

SİA xəbər verir ki, bu barədə "Yerevan.Today" teleqram kanalında yazılıb. Bildirilir ki, hətta Baqran erməni kəndinin əslində Türkiyənin ərazisi olduğunu GPS müəyyən edib. “Baqran kəndi Türkiyə ilə həmsərhəddir. İki ölkəni ayıran çaya qədər hələ 10-20 metr məsafə var. Lakin geolokasiya göstərir ki, artıq Türkiyə ərazisindəyəm, Halkışlak kəndi tərəfində”, deyə erməni təəccübünü gizlədə bilməyib.

Göründüyü kimi, sərhəd hüdudlarını ən optimal qaydada müəyyən edən GPS sistemi də isbat edir ki, əgər bu gün Ermənistanın istər Türkiyə, istərsə də Azərbaycanla həmsərhəd ərazilərində araşdırmalar aparılarsa, qədim türk torpaqlarının bütünlüklə bizlərə məxsus olduğunu müəyyən edə bilərik. Maraqlıdır ki, artıq ermənilər də bu reallığı öz gözləri ilə görür və təlaşlanırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə