İşğal faktları erməni vəhşiliyinin, vandallığının təzahürü, sübutudur ÖZƏL-MÜNASİBƏT

İşğal faktları erməni vəhşiliyinin, vandallığının təzahürü, sübutudur ÖZƏL-MÜNASİBƏT

“Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib, vəhşiliklər törədib və artıq Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.
İctimai birliyin sədri xatırladıb ki, iki gün çəkən ağır döyüşdən sonra müdafiəni xaincəsinə yaran ermənilər fevralın 17-də kəndi işğal ediblər.
“İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, şahid ifadələrinə əsasən, 9 nəfərin isə əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, digər əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib, hətta, cəsədləri üzərində təhqiramiz hərəkətlər edilib. Bu faktlar erməni vəhşiliyinin, vandallığının digər nümunələrindəndir və onların xislətinin növbəti sübutudur. Bu işğal faktı da erməni amansızlığının, barbarlığının təsdiqidir və işğalçı ölkənin terrorçu simasını, daha doğrusu, simasızlığını ortaya qoyur.
Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü, bir Qarabağ Qazisi, 45 gün əsirlik həyatı yaşayan "Mixaylo" ləqəbli Rafiq Quliyevin də atası və bir neçə yaxın qohumu soyqırımına məruz qalanlardandır. Rafiq bəyə, eləcə də bütün Qaradağlılara, ümumilikdə Azərbaycan xalqına başsağlığı verir, Şəhidlərimizə Allahdan rəhmət diləyirik”, deyə Mehriban Abdullayeva bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə