“Rusları gözə çarpan dəyişikliklər gözləyir” Rusiya prezidenti

“Rusları gözə çarpan dəyişikliklər gözləyir” Rusiya prezidenti

Seçki kampaniyasının yaxınlaşması parlamentdə müzakirə dərəcəsini yüksəldir, bu baxımdan ki, yaxınlaşan seçkilər, xüsusən dəyişiklik tələb edən vətəndaş cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. SİA xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin, çərşənbə günü Rusiya Dövlət Duması fraksiya rəhbərləri ilə onlayn formatda keçirdiyi görüş zamanı söyləyib.

"İnsanlar sadəcə gözləmirlər, haqlı olaraq maddi, görünən nəticələr və dəyişikliklər tələb edirlər", deyə Rusiya lideri bildirib.
Prezident vurğulayıb ki, Dövlət Dumasına seçkilərdə səs verərkən, rusların seçimi müdaxilə cəhdlərindən qorunmalıdır və müdaxilə halları yolverilməzdir. Seçki prosesi, Putinə görə, "açıq, dürüst, ləyaqətlə və yüksək rəqabət əsasında" keçirilməlidir.
Eyni zamanda, dövlət başçısı fərqli nöqteyi-nəzərdən yanaşanlarla və ya kritik yanaşma sərgiləyənlərlə danışıqların aparılmasının vacibliyini qeyd edib. Həm də ən barışmaz müxaliflərlə belə mədəni dialoqa riayət edilməsinə çağırış edib. Bundan əlavə, Rusiya prezidenti İT şirkətlərinin və xarici İnternet platformalarının fəaliyyətinə diqqət çəkərək bunu Rusiya üçün ciddi bir problem adlandırıb.
"İT şirkətləri yalnız bizim üçün ciddi bir problem deyil, Ştatlarda nələrin baş verdiyini də görürük. Artıq demişəm və yalnız təkrarlaya bilərəm ki, ölkələrində olduqları təqdirdə özlərini müstəsna hesab edərək başqalarına necə münasibət göstərəcəklərini bilirsiniz. Bu, ciddi bir sualdır. Əlbəttə, bu barədə əvvəlcədən düşünməliyik. Bu, açıq-aşkar bir məsələdir", deyə dövlət başçısı bəyan edib.
Xatırladaq ki, Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması deputatlarının VIII çağırış seçkiləri 1921-ci il sentyabrın 19-da tək bir səsvermə günü keçirilməlidir. Onu da qeyd edək ki, Rusiyada narazılıqlar fonunda nümayişlərin olduğu da diqqət mərkəzindədir. Küçə və meydanlara çıxanlar tələblərlə çıxış edirlər ki, bu da Rusiya hökumətini narahat etməyə bilməz. Məsələ burasındadır ki, Rusiya ilə əzəli və əbədi düşmən, ən azından rəqib olan Qərb bu vəziyyətdən sui-istifadə etmək, sanksiyalar, müxtəlif təsir variantları tətbiq etmək niyyətindədirlər. Görünür, Rusiya hökuməti, eləcə də Rusiya lideri, prezident Vladimir Putin bunun fərqindədir və öz çıxışından da bütün bunları nəzərə alıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə