Rusiyanı Ukraynada Qərbin geosiyasi hədəflərinə çatması üçün ödəməyə məcbur etmək istəyirlər. SİA xəbər verir ki, bu sözləri Vladimir Putin Dövlət Dumasındakı videokonfrans formatında keçirilən fraksiya liderləri ilə görüş zamanı söyləyib.
“Niyə hər şey “Şimal axını 2” ətrafında fırlanır? Rusiyanı "Ukrayna" adlı geopolitik layihə üçün ödəməyə məcbur etmək istəyirlər. Bütün bunlar, əslində hər şey olduqca bəsit, hər şey olduqca sadədir. Bunu çoxdan başa düşürük”, deyə Putin bəyan edib.
Rusiya dövlətinin başçısı Qərbin geosiyasi hədəflərinə çatmaq niyyəti ilə istifadə etdiyi vasitələr arasında “bu vəziyyətdə, Rusiya ilə əlaqəli olaraq”, xüsusilə Ukraynadakı rus televiziya layihələrinin və Baltikyanı ölkələrdə bağlanmış televiziya kanallarının adını çəkib.
"Burada qeyri-adi bir şey yoxdur. Fikrimcə, bunu uzun müddətdir müşahidə edirik, görürük, amma son hadisələr - fikirlərimizin ədalətliliyini və qiymətləndirmələrimizin ədalətli olduğunu açıq şəkildə təsdiqləyirlər", dedi Rusiya prezidenti bildirib.
Xatırladaq ki, son günlər Rusiyaya qarşı Qərb tərəfindən sanksiyalar və buna bənzər müxtəlif təsiredici vasitələr barədə fikirlər səsləndirilir. Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Jozef Borrelin də Rusiyaya səfəri, daha dəqiq desək, Moskvaya göndərilməsi məhz bu təsir mexanizmlərinin işə salınmasına hesablanmışdı. Hətta, Borrel qarşısında Rusiya XİN rəhbəri Sergey Lavrov tərəfindən konkret faktlar, presedentlər qoyulduqdan sonra, ona AB ölkələrində, Qoca Qitədə ittihamla çıxış etdiyi bənzər hadisələr fakt olaraq təqdim edildikdən sonra, geri qayıdan Avropa diplomatiyasının rəhbərinə öz siyasətçiləri istefa çağırışı ediblər. Çünki belə bir şəraitdə onun alçaldıldığı qənaətində olanlar var və bunu Borrelə bağışlamayanlar az deyil.
Göründüyü kimi, Rusiya bir dövlət olaraq Qərb tərəfindən təsirlərin, bir sıra təzyiq mexanizmlərinin fərqindədir. Hətta bu ölkənin prezidenti Vladimir Putin faktları açıq-aşkar bəyan etməkdən də çəkinmir. Bu isə o deməkdir ki, Rusiya ilə Qərb arasında hələ də vəziyyət normallaşmayıb və əksinə, daha da kəskinləşib. Hər bir halda, hadisələrin necə cərəyan edəcəyini, vəziyyətin necə olacağını gələcək göstərər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB