Yaxud "çörəkləri dizləri üstündə" olan xislətlilərin iç üzü...
Dahilərin ermənilər haqqında dedikləri fikirləri oxuduqca dəhşətə yox, adi hal kimi qəbul edirsən. Çünki dünyada belə bir millət olmayıb, ancaq tör-töküntülərdən əmələ gəliblər. Bu gün Azərbaycanda "müxalifət" də heç onlardan geri qalmırlar - erməni həyasızlığı, təcavüzkarlığı, satqınlığı, alçaqlığı...o qədər həddini aşıb ki... Bu gün özünü "müxalifətçi" adlandıran, satqın, xəyanətkar, xarici beynəlxalq təşkilatların işlədilmiş alətinə çevrilən və "5-ci kalon" deyilən dələduzlar yığını - AXCP sədri Əli Kərimli və onun ipli kuklası, "Milli Şura"nın sədri Cəmil Həsənli, çörəyi dizinin üstündə olan satqın Gültəkin Hacıbəyli, ingilis ruporu, mənəviyyatsız Sevinc Osmanqızı və bu kimi vücudlar dünənə kimi "həmrəylikdən", xalqa, Vətənə "xidmətdən" danışırdılarsa, bu gün böyük şairimiz Mirzə Ələkbər Sabir demişkən: "çərxi-fələk tərsinə dövran edir". Özü də yaman edir. Bu, gözlənilən idi. Çünki mayası satqınlıqla yoğrulanların yolu olmur. Elə Əli Kərimli-Sevinc Osmanqızı kimi. Dünənə qədər Əli Kərimliyə mətbuat katibliyi edən Sevinc Osmanqızı AXCP-"Milli Şura" satqınlarına açıq-aşkar himayə də edirdi. "Bitərəf jurnalist" AXCP sədrinə, yaxud da Milli Şura funksionerlərinə haqlı sual ünvanlamaq üçün efirə qoşulan, obyektiv münasibət bildirmək istəyən tamaşaçıların səsini dərhal azaldır, guya bağlantıda problem var bəhanəsi ilə onların səsini kəsir, fikir bildirməsinə mane olurdu. Nəticə nə oldu?
Əli Kərimli Sevinc Osmanqızını hədələdi...
Səbəb nə idi? Dünənə qədər AXCP sədri Əli Kərimliyə mətbuat katibliyi edən Sevinc Osmanqızı bu gün ölümlə hədələnir. Səbəb isə, həmişə olduğu kimi, "hər yerdə mən olmaq" iddiasında olan Ə.Kərimli S.Osmanqızının Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunu efirə qonaq çağırması. Nəticədə "müxalifdəki dostları"ndan – AXCP-"Milli Şura"dakılar S.Osmanqızıya hücumlar edərək "səni çökdürəcəyik" sözləri ilə təhdid etmələri oldu. Bu isə, S.Osmanqızının, necə deyərlər, "lap cızdığını çıxardı". "Siz onda məni fiziki yox edəcəksiniz ki...",-deyə S.Osmanqızı Əli Kərimliyə sual edərək, bildirib ki, bu qısqanclıqla həqiqi müxalifət olub-olmamaq olmaz: «Belə iddialar düşərgəyə yalnız xələl gətirər".
Baş verən bu olaylardan sonra AXCP-"Milli Şura"nın sosial media resurslarından biri kimi tanınan "Osmanqızı TV" və Sevinc Osmanqızı ilə Əli Kərimli arasında ciddi qarşıdurmalar yaşanmağa başlayıb.
Əli Kərimlinin "özündən müştəbehliyi" nə birinci, nə də sonuncudur...
Bu yerdə Sevinc Osmanqızıya bir məqamı xatırlatmaq istərdim. Bu, o Əli Kərimlidir ki, həmişə siyasi proseslərə təsir imkanlarını itirmiş, adi bir mitinqi keçirməyə cürət etməyən, "böyük iddialarla" çıxış etməklə, bütün gücü ilə təmsil etdiyi təşkilatlarda baş verənləri malalamağa, gündəmdən çıxarmağa çalışan "müxalifətçi" deyilmi? Özündən müştəbeh olan bu o Əli Kərimlidir ki, 28 ildən artıqdır ki, "özünəvurğunluq", "qeyri-təvazökarlıq" xəstəlikləri ilə qabarıq formada özünü təzahür edib. Ə.Kərimli üçün hər şey satmaq-satılmaqdır, çünki onun üçün hər şey çox ucuzdur. 28 ilə yaxındır ki, hakimiyyətə gəlmək eşqi ilə alışıb-yanan, bunun üçün istənilən addımı atmağa hazır olan, yeri gələndə ermənilərlə belə əməkdaşlıq etməkdən çəkinməyən (bu, həqiqətdə də belədir-R.H.) Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qarşısına qoyduğu məqsəd və vəzifələri reallaşdıra bilmədikcə daha təhlükəli olmağa başlayır. AXCP sədri indi o qədər də təhlükəli olub ki, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinmir. Ac-yalavac vəhşi heyvanlara xarakterik obrazı kimi ətrafında olan hər kəsə demək olar ki, saldıran, onlara zərər yetirən Kərimli nə etika nəzərə alır, nə böyük-kiçik, nə də müttəfiqlik. Yaxın tariximizdə qarşılaşdığımız situasiyalar, üzləşdiyimiz hadisələr belə deməyə əsas verir. Üzü Əbülfəz Elçibəydən bu tərəfə kimlərə xəyanət edib, onları zərərsizləşdirmək istəmədi, Əli Kərimli? Uzun illər eyni yolu gələn müttəfiqləri Mirmahmud Mirəlioğlu, İsa Qəmbər, İsgəndər Həmidov, daha kimlər-kimlər. Bütün incikliklər, parçalanmalar da Kərimlinin tənqidə dözümsüzlüyündən qaynaqlandı. Özü də Kərimliyə xas olan qərəzçilikdən, qara yaxmaqdan, böhtan atmaqdan deyil, sağlam tənqiddən dolayı AXCP sədri ilə keçmiş müttəfiqlərinin yolu ayrıldı. Özünü "toxunulmaz" zənn edən, heç bir haqlı iradı qəbul etməyən Əli Kərimli indi də illər boyu katibəlik edən Sevinc Osmanqızıya edir. S.Osmanqızıya "mənim əleyhimə çıxışlar hazırlayırsan" ittihamı ilə hədələməsi bir daha onun iç üzünü açıq şəkildə göstərir.
"Osmanqızı TV" Əli Kərimlinin üzünə bağlandı
Düşərgənin AXCP-"Milli Şura" üzvü olmayan cinahlarında fəaliyyət göstərən müxalifət təmsilçilərinin efirə qoşulmalarını həzm edə bilməyən cəbhəçilərin "lideri" Sevinc Osmanqızını sosial şəbəkələrdə təhqir hədəfinə çevirməklə, Osmanqızı TV", necə deyərlər resursları olmayan Əli Kərimlinin üzünə qapısını bağladı.
S.Osmanqızı bu günə kimi, Əli Kərimlinin və ətrafının xəstə təfəkkürə məruz qalanlara hazırkı zamana qədər göstərdiyi xidmətinə görə peşman olduğunu deyib. Elə bu peşmançılıqdan sonra efirdə ayrıca verilişə – "səni çökdürəcəyik! Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq bəyan edib ki, bu gün resursları olmayan qüvvə - yəni AXCP və "Milli Şura" cütlüyü "ona səni çökdürəcəyəm" deyir
Sonrakı peşmançılıq...
Bütün bunlardan sonra: "Yaxşı ki, bütün bunları gördüm",-deyərək özünə təsəlli verən Sevinc Osmanqızı ziyanın yarısından geri dönməyin də xeyir olduğu qənaətinə gələrək, gec də olsa anlayıb ki, bu vaxta qədər nə qədər kirli, xəyanətkar və satqınçılıq girdabında fəaliyyət göstərib.
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, belə bir hal Əli Kərimliyə qarşı birinci dəfədir ki, baş vermir və bu günə qədər yüzlərlə onu dəstəkləyən insanlar sonradan ondan imtina ediblər. Sevinc Osmanqızı da məhz həmin adamların sırasına daxil olan növbətisidir. Bir də, istər Sevinc Osmanqızı olsun, istər Əli Kərimlisi, Cəmil Həsənlisi, Gültəkin Hacıbəylisi, Qənimət Zahidi, Leyla Yunusu...bilməlidirlər ki, şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclü, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilən lider dövlətlərdəndir.
Nəticə isə belədir - hazırda müxalifət düşərgəsində nüfuz savaşı gedir. Faktlardan da görünür ki, bu savaşların və qarşıdurmaların episentrində AXCP sədri Ə.Kərimli-Sevinc Osmanqızı dayanıb. Görünür ki, onun maraqlarına və planlarına kim mane olarsa, o, trol hücumlarına məruz qalar, təhqir və təhdid edilər. Deyəsən, "bu xəmir hələ çox su aparacaq".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB