Qəribə canlılar tapılıb MARAQLI FAKTLAR

Qəribə canlılar tapılıb MARAQLI FAKTLAR

Antarktida buz şelfinin altında qəribə canlılar tapılıb. SİA xəbər verir ki, bu barədə "Frontiers Marine Science" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ingilis elm adamları, dənizin dibində buz şelfinin altında süngər kimi elmə məlum olmayan heyvanları kəşf ediblər. Canlılar kəşfiyyat qazma işləri zamanı tapılıb.

Bu kəşfdən əvvəl Antarktika sahillərində bentik həyat formalarının olmadığına inanılırdı. Alimlər, üzən buzlaqların altında, qaranlıqda yalnız kiçik səyyar təmizləyicilər, balıq, qurd, meduza və ya krill kimi yırtıcı heyvanların mövcud ola biləcəyini güman edirdilər.

Tədqiqatçıların fikrincə, bu tapıntı Antarktika dəniz həyatının inanılmaz və heyrətləndirici olduğunu sübut edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə