"Azərbaycan və Türkiyə dövlət başçıları bütün dünyaya nümunələr göstərirlər" Türkiyə parlamentinin üzvü
"Hazırda dünyada yeni düzən formalaşıb. Azərbaycan və Türkiyə dövlət başçıları bu yeni düzəndə hansı siyasi xətt üzrə işlərin görülməsi ilə bağlı bütün dünyaya nümunələr göstərirlər". SİA-nın verdiyi məlumata görə, bunu AKP Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra hər iki dövlət başçısının apardığı siyasəti xüsusi vurğulamaq lazımdır: "Dövlətlərimizin başçıları əldə edilən iqtisadi perspektivlərdən ölkələrimizin mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük işlər görürlər".
"Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq",-deyən Afkan Ala AKP və YAP arasında əlaqələrin də əhəmiyyətini qeyd edib.
Onun sözlərinə görə, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB