YAP Ucar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

YAP Ucar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində rayonunun Vətən müharibəsindəki Şəhid ailə üzvlərini daima xüsusi diqqət mərkəzində saxlayır, şəhidlərin məzarlarını ziyarət edir, ailələrini evlərində ziyarət edir, onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə edirlər.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və rayon təşkilatının üzvlri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş rayonun Qazıqumlaq kəndinin şəhidləri Ramil Əzizov Davud oğlu və Namiq Qarayev Qarakişi oğlu, Məlikballı kəndinin şəhidi Orxan İsmayılov Zöhrab oğlu və Arif Xəlilov Həmdiyyə oğlu, Boyat kəndinin şəhidi Fərhad Salmanov Məmməd oğlunun məzarlarını ziyarət edərək, Allahdan rəhmət diləyərək, məzarlarını tər çiçəklər düzüb, ruhlarına dualar ediblər.

Həmçinin, 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində itkin düşmüş zabit Qadir Məmmədov Aslan oğlunun 28-ci ildönümü münasibətilə ailəsini, 10 fevral 1994- cü il tarixdə Kəlbəcər rayonunda itkin düşmüş Qalib Qurbanov Qüdrət oğlunun Ucar rayonun Küçəkənd kəndində yaşayan anası Rəfiqə Qurbanovanı ziyarət etmiş, şəhidin ruhuna dualar oxunmuşdur.

Ziyarət zamanı vurğulanıb ki, Azərbaycan xalqı Vətən torpaqları uğrunda mətanətlə döyüşən, bu yolda Şəhadət zirvəsinə ucalan və tarixi, möhtəşəm Qarabağ Zəfərinə imza atan Ramil, Namiq, Orxan, Arif, Fərhad, Qadir, Qalib kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır. Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ucarda da şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı mərkəzindədir.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Həmçinin, YAP Ucar rayon təşkilatının üzvləri Şəhid ailələrinin üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildiriblər.

Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə