Siyavuş Novruzov onun barəsində yazanları belə ifşa etdi DEPUTAT DETALLARI AÇIQLADI
“Daxili İşlər Nazirliyi çox yaxşı işləyir. Həm Vətən müharibəsində, həm koronavirus dövründə, qarda, yağışda, küləkdə – bir sözlə, hər zaman vətəndaşın keşiyində dayanır. Bir dənə məhkəmə göstərsinlər ki, mən ora müraciət etmişəm”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov onun barəsində mətbuatda yayılan dezinformasiyalara münasibət bildirərkən deyib.
Komitə sədri açıqlamasında bunları deyib: “Ümumiyyətlə orada oturanlar hamısı mənim dostlarımdır. Onlarla mənim çox gözəl münasibətlərim var. Bu gün mən həm DİN-in, həm də gördüyü işləri çox yüksək qiymətləndirirəm. Son altı ay ərzində mənim haqqında harada nə görürlərsə dərhal onu xəbər kimi təqdim etməyə çalışırlar. Mənim haqqımda o qədər yazırlar ki… Hər yazana fikir verməliyəm? Material yoxdur deyə başlayıblar yenə məni gündəmə gətirməyə. Nə az, nə çox düz 20 ildir ki, parlamentin üzvüyəm və mütəmadi olaraq da DİN-in fəaliyyəti ilə əlaqədar müsbət fikirlər səsləndirmişəm və onların işini təqdir etmişəm. Mən Milli Məclisin iclaslarında dəfələrlə demişəm ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həm Vətən müharibəsində, həm koronavirus dövründə xalqın, Vətənin, dövlətin, dövlətçiliyin müdafiəsi istiqamətində çox yüksək peşəkarlıq nümayiş etdiriblər. Belə olan təqdirdə mən onları necə məhkəməyə verə bilərəm? Çox təəssüf edirəm ki, barəmdə bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatlar müxtəlif yerlərdən qaynaqlanıb”.
Qeyd edək ki, yerli kütləvi informasiya vasitələrində Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini məhkəməyə verməsi ilə bağlı məlumat yayılıb. Millət vəkilinin karantin qaydalarının pozulması iddiası ilə inzibati qaydada cəzalandırılması və cərimələnməsinə münasibəti barədə açıqlaması dərc edilib. Siyavuş Novruzov yayılan xəbərləri təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB