"Separatçılığı dəstəkləyən siyasətə son qoymalıyıq" Raşida Dati "Le Figaro" yazır
“Separatizmlə bağlı hökumətin qanun layihəsini Fransa Milli Məclisi nəzərdən keçirir və sizcə, İslamla mübarizə aparmaq doğru yoldurmu, bu, yetərlidirmi?” SİA Fransaya məxsus lefigaro.fr saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Parisin 7-ci dairəsinin meri və keçmiş ədliyyə naziri hökumətin separatizm qanun layihəsini qeyri-kafi hesab edir.
“Separatizm Fransız cəmiyyətində dərindən kök salıb. Milli Məclisdə müzakirə olunan qanun faydalı ola bilər, ancaq separatizmin kökləri, səbəbləri araşdırılmalı, düzgün qiymətləndirilməlidir. Bu qanun separatizmi cilovlamağa çalışa bilər, əgər mövqelər düzgün müəyyən olunarsa”, deyə keçmiş ədliyyə naziri və hazırkı mer bildirib.
Göründüyü kimi, Fransa hökumətinin separatçılığı dəstəkləyən siyasət yürütdüyü səlahiyyətlilər tərəfindən də açıq şəkildə etiraf olunur. Əbəs yerə deyil ki, keçmiş ədliyyə naziri və hazırkı mer bu barədə, yəni, Fransanın separatçılığı dəstəkləyən siyasət yürütdüyünü açıq şəkildə bəyan edib.
Heç kimə sirr deyil ki, Fransa Ermənistanın separatçılıq siyasətini durmadan dəstəkləyib və hətta işğalçı ölkə bu dəstəyə hər zaman güvənib də. İstər müharibədən əvvəl, istər 44 günlük müharibə dönəmində, istərsə də Azərbaycanın şanlı qələbəsindən sonra Fransanın ədalətsiz mövqeyinin, ikili standart yanaşmasının, erməni separatçılığını dəstəkləməsinin hər kəs şahidi olub. Bəlli olur ki, bu gün Franca cəmiyyəti bu ədalətsizlikdən özü də bezib və keçmiş mer Datinin timsalında bu ədalətsizliyə, separatçılıq siyasətinə son qoyulması tələbə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB