Soçini ermənilərə məxsus Abxaziya ilə birləşdirəcəyik - Erməni həyasızlığı - FOTOLAR
“İndi bizim diasporumuzun ilk vəzifəsi paytaxtı Soçi, ya da Adler şəhərləri olmaqla erməni muxtariyyətini əldə etməkdən ibarət olmalıdır. Üstünlük Soçiyə verilməlidir, belə ki, məhz onda biz tərkibimizə daxil olacaq və demək olar ki, ermənilərə məxsus Abxaziya ilə birləşəcəyik və məhz bu daxilolma bütün de-yureləri möhkəmləndirəcək”. SİA xəbər verir ki, sırf erməni həyasızlığını əks etdirən bənzər fikirlərlə sosial şəbəkədə Rusiyadakı erməni diasporunun üzvü Norayr Qriqoryan çıxış edib.
O, iddia edib ki, bütün Qafqaz və ətrafı gec, ya da tez erməniləşdirilməli, üstəlik, “ədalət” bərpa olunmalıdır. Erməni diasporunun nümayəndəsi “Böyük Ermənistan” xülyasına dalaraq, Rusiya, Gürcüstan da daxil olmaqla Dağıstana, Çeçenistana qarşı da ərazi iddiasını irəli sürüb: “Bundan sonra biz Gürcüstan ərazisindən dəhzil açaraq ana Ermənistanla birləşəcəyik. Və qoy kimsə xəcalət çəkməsin ki, vaxtilə bu torpaqlarda çərkəzlər yaşayıblar. Ermənilər orada kifayət qədər daha əvvəlcədən yaşayıblar və bütün bu torpaqlar, eləcə də Dağıstan ilə Çeçenistan böyük Ermənistanın tərkibinə daxil olublar”.
Qriqoryan Rusiyada fəaliyyət göstərən bütün erməni diasporu üzvlərinə çağırış edərək sözügedən məqsədlərə doğru irəliləməyi səsləyib. “Bu baxımdan biz sadəcə tarixi ədaləti bərpa edəcəyik. Rusiya diasporunda yaşayan hər bir erməni bu hədəfə doğru işləməlidir”, deyə iddia irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB