Bunkerdəki generallara qışqıran Akobyan və oğlunu kim qoruyub? Aram Qabrelyanov

Bunkerdəki generallara qışqıran Akobyan və oğlunu kim qoruyub? Aram Qabrelyanov

Kyaramyan və 30 MTX zabiti bunkerdəki generallara qışqıran Anna Akobyan və onun oğlunu qoruyub, mühafizə ediblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Rusiyalı jurnalist, "İzvestiya" qəzeti redaksiyasının İdarə Heyətinin sədri Aram Qabrelyanov Telegram kanalında yazıb.
"Bir neçə dəfə Anna Akobyan açıq şəkildə generalları danlayıb, təhqir edib, hətta söyüb və onlara qoşunlara rəhbərlik etməyi öyrətməyə qalxıb", deyə Aram Qabrelyanov bildirib.
Qabrelyanov qeyd edib ki, 29 yaşlı Arqişti Karamyan, 30 MTX zabiti ilə Qarabağa gəlib və məlum olub ki, Paşinyan onların qarşısına əsas vəzifə olaraq baş nazir arvadının və oğlunun təhlükəsizliyini təmin etməyi qoyub. Anna Akobyanın şəxsi müdafiəsinə əlavə olaraq, başqa 10 nəfər silahla tam təchiz olunmuş xüsusi qüvvə cəlb edilib. O, vurğulayıb ki, Qarabağda xüsusi təyinatlılar belə Akobyanı müdafiə etməyə göndərilən MTX zabitlərinin necə və hansı silahlarla təchiz olunduğuna təəccübləniblər. Qabrelyanov daha on nəfərin də Paşinyanın oğlunu qoruduğunu qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə