“Gördükləri mənzərəni unutmalarının imkansız olduğunu söylədilər” Yücel Artantaş

“Gördükləri mənzərəni unutmalarının imkansız olduğunu söylədilər” Yücel Artantaş

"Ermənistan işğalından qurtulan Cəbayıl şəhərindəki məzarlıqlar belə ermənilər tərəfindən vian qoyulub". SİA xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının fəxri baş katibi Yücel Artantaş Türkiyənin "Sabah" nəşrinə bildirib.

Artantaş 27 il sonra ermənilərin işğalından azad edilən şəhərdə Azərbaycan vətəndaşlarının qəbirlərinin necə viran qoyulduğunu xarici diplomatların da şahidi olduqlarını və həmin reallıqdan dəhşətə gəldiklərini də deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təşkilatçılığı ilə xarici ölkə diplomatları, beynəlxalq qurumların nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl şəhərinə ziyarət ediblər. Məhz həmin ziyarət əsnasında qəbirlərin qazılaraq talan edildiyini görən xarici nümayəndələr baş verən vəhşiliyi öz gözləri ilə görüblər.

"Bir daha ermənilərin ermənilərin gerçək üzü ortaya çıxmış oldu. Xarici diplomatlar gördükləri mənzərə qarşısında çaşqına dönərək ermənilərin qəbirləri belə dağıtdıqlarına şahid oldular. Gördükləri mənzərəni unutmalarının imkansız olduğunu söylədilər", Yücel Artantaş bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə