“Gəlin xatırlayaq ki, biz 1999-cu ildə necə yaşayırdıq. Axı bu obyektiv faktdır”. SİA xəbər verir ki, sözügedən fikirləri erməni mənşəli rusiyalı jurnalist, RT televiziya kanalının baş redaktoru, eləcə də “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin və “Sputnik” informasiya agentliyinin baş redaktoru Marqarita Simonyan Solovyovun verlişində çıxış etdiyi zaman Ermənistanın 90-cı illərlə indiki vaxtını müqayisə edərkən bildirib.
“İndi deyirlər ki, pensiyaların həcmi azdır. Pensiyalar azdır, ancaq düşünərsək ki, zamanında onlar daha az idi”, deyən Simonyan bildirib ki, həmin vaxtlarla müqayisədə pensiyalar artdıb və bundan sonra da artacaq.
Simonyan Nikol Paşinyan hakimiyyətinə müxalifləri ittihahm edərək eyham vurub ki, onların əksəriyyəti məhz əvvəlki hakimiyyətlərin adamlarıdır, eyni zamanda məhz onların hakimiyytləri dövründə xalqın vəziyyəti acınacaqlı duruma düşüb, ordu, iqtisadiyyat çöküb, nəticədə müharibə baş verdi və onun nəticəsi də bəllidir.
“Sadəcə ölkəyə zaman vermək lazımdır ki, normal inkişaf etsin. Ümumiyyətlə, pensiyaları ümumiyyətlə vermirdilər. Müəllimlərə həkimlərə məvacib vermirdilər, onun yerinə nə gəldi verirdilər ki, xalq susssun”, deyən Simonyan xatırladıb ki, 1999-cu ildə o reportaj hazırlamışdı. “Ordunun vəziyyəti acınacaqlı idi, biz həmin illərdə Krasnodarda orduya humanitar yardım toplayırdıq – qazlı su, zalyonka və isti corablar”, deyə o çıxışında xatırladıb və bir daha bildirib ki, ölkəni inkişafdan saxlayan əsas günahkarlar Paşinyanı devirib yenidən iqtidara yiyələnmək istəyən keçmiş hakimiyyət nümayəndələridirlər.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan ötən həftə verdiyi müsahibəsində “böyük siyasətə” geri döndüyünü açıqlayıb və bildirib ki, növbədənkənar seçkilərdə iştirak etmək niyyətindədir.
Onu da bildirək ki, hazırda Ermənistanda ikiyə bölünmüş cəmiyyət ermənistanlılara və qarabağlılara ayrılıb və Ermənistan erməniləri yenidən Qarabağ klanının hakimiyyət sükanını ələ almalarına imkan verməyəcəklərini deyirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB