Bu gün YAP Tərtər rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri və bir qrup partiya fəallarının iştirakı ilə vidoformatda müşavirə keçirib. Rayon təşkilatının sədri Ramiz Şabanov çıxış edərək qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz "Zəfər" - 2021-ci ilə daha inamla qədəm qoymağımıza zəmin yaratmışdır: "30 ilədək əsarətdə olan əzəli torpaqlarımız düşmən tapdağından azad edilərək ölkəmizin suverenliyinin göstəricisi olan sərhədlərimizin tam bərpasına nail olduq. Bütün dünyanı çuğlayan COVİD-19 pandemiyasına qarşı mübarizədə ölkə Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində uğurlar əldə edərək ölkəmizin bu bəladan daha az itkilərlə çıxmağımız da təmin edilib".

R.Şabanov bildirib ki, 44 günlük Vətən müharibəsində Tərtər rayonu cəbhənin tam mərkəzində olduğundan rayon mərkəzi və kəndlərimiz düşmənlərin atdıqları müxtəlif növ mərmilərdən ciddi ziyan çəkmiş, 17 nəfər mülki şəxs həlak olmuş, onlarla insanlar bu və ya digər dərəcədə xəsarət almış, yüzlərlə yaşayış evləri, onlarla sosial obyektlər xeyli sayda infrastruktur sıradan çıxmışdır: "Artıq ölkəmizdə azad olunmuş ərazilərdə, cəbhə boyu yerləşən rayonlar və kəndlərimizdə düşmənin vurduğu zərərin miqdarı müəyyənləşir, ölkə başımızın rəhbərliyi altında və göstərişləri ilə quruculuq işlərinə start verilmişdir. Bu gün ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri Vətən müharibəsinin nəticələrinin aradan qaldırılması, qaçqın və köçkünlərimizin öz doğma yurd–yuvalarına qayıtmalarını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə aparılacaq abadlıq-quruculuq, yenidənbərpa işlərinə tam səfərbər olunmalıdırlar. Artıq rayonumuzun işğaldan azad edilən Talış kəndi və Suqovuşan yaşayış məntəqələrində infrastrukturun və lazımi bərpa işlərinin reallaşdırılmasına başlanılmışdır. Bu işdə yaxından və bilavasitə iştirak edən su, elektrik, yol təsərrüfatlarında çalışan işçilərin, eləcə də, bu müəssisələrdəki ərazi ilk partiya təşkilatlarının fəaliyyəti yüksək dəyərləndirilməlidir. Hesab edirəm ki, YAP Tərtər Rayon Təşkilatının bütün ərazi ilk partiya təşkilatları bu istiqamətdə görüləcək işlərdə öz fəaliyyətlərini daha da gücləndirəcəklər".
R.Şabanov onu da vurğulayıb ki, ilk təşkilatlar eyni zamanda, ideoloji işin səmərəliliyinin artırılması, partiya üzvlük haqlarının toplanılaraq partiya büdcəsinə daxil edilməsi, partiyanın boy sırasının Heydər Əliyev ideyalarına, dövlətçiliyimizə sədaqətli insanlar, xüsusilə gənclər hesabına artırılmasını daim diqqətdə saxlamalıdırlar. Eyni zamanda, ölkəmizin uğurlarına kölgə salmaq istəyən şər qüvvələrə qarşı sosial şəbəkələrdə geniş cəbhə açmalıdırlar.
Video müşavirədə çıxış edən Şura üzvü Ədalət Məmmədov, Azər Ağayev, ərazi ilk partiya təşkilat sədrlərindən Çingiz İsayev, Xəyal Aslanov, Namiq Məmmədov, rayon təşkilatı aparatnın rəhbəri Kamil Məmmədov, Gənclər Birliyinin fəal üzvü Murad Qafarov çıxış edərək, ölkəmizin və rayonumuzun ictimai-siyasi, sosial, mədəni və iqtisadi həyatında daha yaxından, daha məsuliyyətlə iştirak etməyin hər bir Azərbaycan vətəndaşı, birinci növbədə isə hakim partiya olan YAP üzvlərinin nümunə olmalarının vacibliyini qeyd ediblər.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB