Dirçəliş Fondu Qarabağa həyatın qaytarılmasında əsas rol oynayacaq - ŞƏRH ÖZƏL
"27 sentyabrdan başlanaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaranıb. Torpaqlarımızın işğaldan azad olunması bu ərazilərinin yenidən qurulması və bərpasını həyata keçirməklə müasir bir regiona çevirməsi prioritet olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, 2021-ci ildə dövlətimizin resursları əsasən azad olunmuş torpaqların dirçəldilməsinə yönəldilib: "Ona görə də bu əraziləridə görüləcək işləri koordinasiya edilərək daha səmərəli işinin təmini üçün Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Qarabağ Dirçəliş Fondunun əsas məqsədi İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsini aparmaqdır".
A.Badamov vurğulayıb ki, fond həm dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyini təmin edəcək, həm də özəl sektorun investisiya layihələrini cəlb edilməsi məqsədilə ölkədə və xaricdə təşviqat işləri aparacaqdır: "Həm də Fond Qarabağın Dirçəldilməsində iştirak etmək istəyən şəxslərin ianə edilə biləcək bir təşkilat kimi fəaliyyət göstərəcəkdir. Düşünürəm ki, Fonda təyin olunmuş rəhbər bu işlərin öhdəsindən layiqincə gələcək və doğma Qarabağımıza yenidən həyatın qaytarılmasının aparıcı qüvvəsi olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB