YAP Agdam rayon təşkilatında 2020-ci ildə görülən işlər müzakirə olunub

YAP Agdam rayon təşkilatında 2020-ci ildə görülən işlər müzakirə olunub

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının 2020-ci ildə gördüyü işlər pandemiya qaydalarına əməl olunmaqla şuranın geniş iclasında müzakirə olundu. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, 2020-ci ilin ən böyük siyasi kampaniyası olan VI Çağırış Milli Məclisə 2020-ci ilin 9 fevralında keçirilən seçkilər olmuşdur: "YAP Ağdam rayon təşkilatı seçkilərin hazırlanıb keçirilməsində, YAP-ın təyin etdiyi və dəstəklədiyi namizədlərin seçilməsi üçün lazımi işlər apardı və rayon üzrə 4 dairənin hamısından həmin namizədlər deputat seçildilər". Rayon təşkilat sədri bildirib ki, dünyanı cənginə alan pandemiya ilə əlaqədar olaraq rayon təşkilatı bir sıra tədbirlər həyata keçirmişdir: "Belə ki, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin tapşırığına əsasən "Sağlamlığımız milli həmrəylimizdir" aksiyası çərçivəsində rayon təşkilatı tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkilib, onların koronavirusdan qorunması, sağlamlıqlarının müdafiəsi məqsədi ilə gigiyenik vasitələr çatdırılıb, xəstəlikdən qorunma üsulları izah edilib. Hal-hazırda koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilir".

Ötən ilin ən yadda qalan və bizləri qürurlandıran hadisələrindən birinin də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazanmağımız və doğma torpaqlarımızın, o cümlədən Ağdam rayonunun işğaldan azad olunması oldugunu diqqətə catdırıb.
Yığıncaqda YAP Ağdam rayon təşkilatının 2021-ci ildə qarşısında duran vəzifələri müəyyənləşdirilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə