Armenianreport Putini hədəfə aldı: sonu Qəddafi kimi olacaq İTTİHAM
"Putin həm də Ermənistan üzərində öz hakimiyətini tətbiq edən sovet DTK-sı ənənəsinin varisidir". SİA xəbər verir ki, bu haqda Armenianreport-un analitik yazarı Qraçya Qalustyan yazıb.
Müxalifət lideri Navalnının həbsinin ardınca Rusiya prezidentini hədəfə alan və ona qarşı ittihamlar irəli sürülən yazıda o da iddia edilir ki, Ermənistan parlamentindəki terror aktının törədilməsi də Putinin işi olub.
"O bizim parlamentdə terror aktı törədib. Məhz bu hadisədən sonra o öz adamları Robert Koçaryanı və Serj Sarqsyanı hakimiyyətə gətirib. Məhz bu amil bizim siyasi sahəmizə "rus dünyası" kütləsini daxil edib. Məhz həmin vəziyyət 2008-ci ildəki seçkilərin saxtalaşdırılmasına və etirazçı əhalinin qanının tökülməsinə səbəb olub. Məhz bu kimi hallar metodik olaraq Ermənistanın talan edilməsinə suverenlik və müstəqillik atributlarının itirilməsinə səbəb olub", deyə armenianreportun analitiki yazıb və sonda qeyd edib ki, Putin devriləcək və sonu Qəddafinin sonu kimi olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB