Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Tbilisi şəhərinin meri ilə görüşüb
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişaf tempindən məmnunluq ifadə olunub.
Söhbət zamanı Bakı Şəhər İcra Hakimiyyəti ilə Tbilisi Şəhər Meriyası arasında əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsi məsələsi diqqət mərkəzində olub.
Tərəflər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətində bundan sonra da lazımi işlərin görülməsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB