"Sabah hakimiyyət idarələrində oturan insanların, nəhayət ki, yaradıcılıqla məşğul olacağını ümid etmək, elə alaq otunun buğdaya çevriləcəyinə ümid etmək kimi bir şeydir. ""Köçərilər" deyilən bir varlıqlar olub: vaxtilə şəhərlilərlə nə edəcəyini bilmədikləri üçün onları məhv etmişdilər". Bu gün də Paşinyan hakimiyyəti ölkədə köçərilərin şəhərlilərə etdiklərini edir. Belə görünür ki, bu hakimiyyət altında Ermənistan heç vaxt yaşamaq istəyi olan bir ölkəyə çevrilməyəcək".
SİA bu fikirlərin erməni saytından götürüldüyünü bildirir. Bədbin, sabaha inamsız və ümidsizlik artıq erməniləri elə çuğlayıb ki, onlar çıxış yolunu ancaq ölkədən qaçmaqda görürlər.
Yaddaş üçün, Serj Sarkisyanın ölkə prezidenti olarkən 2050-ci ilə qədər 5 milyon əhalisi olan Ermənistan barədə utopiyasını yadınıza salmaq istəyirəm. "2050-ci ildə nə Paşinyan olacaq, nə də mən, Ermənistanın olub-olmayacağı da hələ məlum deyil". Qeyd edək ki, "Modus Vivendi" mərkəzinin rəhbəri, erməni siyasətçisi Ara Papyanın dediyi bu fikirlər Ermənistan haqqında əsl həqiqəti ehtiva edir.
Deyildiyi kimi, artıq ötən gündən, Rusiya ilə sərhədlərin açılması Ermənistanda böyük canlanma yaradıb. Ermənilər, sözün həqiqi mənasında, qaçırlar. Qiyməti üç dəfəyə qədər artırılmış təyyarə biletləri də onlar üçün elə də önəm kəsb etmir. Belə görünür ki, onlar arxada qoyub, birdəfəlik ölkəni tərk etdikləri üçün elə də təəssüflənmirlər. Əslində, "müstəqil" olduqları ərəfədə nəyə nail olublar ki, təəssüflənsinlər də. Amma Ermənistanın əbədi probleminə çevrilən miqrasiya, bəzi ermənilərin dediyi kimi, ölkəni məhvə sürükləsə də, bu, hazırkı erməni rəhbərliyinə sərf edir. Necə deyərlər: az əhalinin problemi də az olacaq.
Yeri gəlmişkən, bu gün Nikolu xain hesab edib və onun istefasını tələb edən əksər ermənilər onun xain olmaqla yanaşı, həm də düşmən olduğunu ona izah etməyə lüzum olmadığını bildirirlər. Nikol Paşinyan əksər ermənilər üçün düşməndir. Lakin onların bəzilərinin düşüncəsinə görə, Paşinyan hakimiyyəti daxildən güclənməkdədir. Görən bu, doğrudanmı belədir? Axı Paşinyanın əyalətlərdəki dəstəkləri də sıradan çıxmaqdadır. Bəzi erməni siyasətçiləri yanvarın 29-da baş nazirin müavini Tiqran Avinyanın əyalətdəki icma liderləri ilə bəzi hökumət planlarını müzakirə etmək üçün Sünikə getdiyini və burnu əzilərək geri döndüyünü dəstək sarsıntısına əsas kimi göstərirlər. Onların fikrincə, bu gün özünü hansısa filmin qəhrəmanına bənzədib həmin qəhrəman kimi davranmağa çalışan Paşinyan, doğrudanmı, artıq heç kimin onu görmədiyini və eşitmədiyini anlamır. Paşinyan, əlbəttə ki, hələ axşam olmadığını ümid etmək hüququna malikdir. Yəni onsuz da axşam, bəlkə də gecə ola bilər - amma yüzdə yüz faiz buna da zəmanət yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB