Avropa parlamentinin sədri Milli Məclisdə bir sıra görüşlər keçirəcək

Avropa parlamentinin sədri Milli Məclisdə bir sıra görüşlər keçirəcək

Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində Azərbaycanda olan Avropa Parlamentinin (AP) sədri Yeji Buzek bu gün Milli Məclisdə bir sıra görüşlər keçirəcək. SİA-nın məlumatına görə, Y.Buzek ilk öncə parlamentin sədri Oqtay Əsədovla görüşəcək.

Görüşdə AP-Azərbaycan münasibətləri, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri, insan haqları, demokratiya məsələləri, sözügedən qurumun Azərbaycanla bağlı son qətnaməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq.

Görüşdən sonra AP rəsmisi Parlamentdə təmsil olunan partiyaların təmsilçiləri ilə görüşəcək. Görüşdə Milli Məclisdə çoxluğu və azlığı təmsil edən partiyaların - Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Sosial Rifah, Demokratik İslahatlar, Ümid, Vətəndaş Birliyi partiyalarının nümayəndələri iştirak edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə