Zəlzələ baş verib İranda

İranda 4.9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadən İranın mətbuat səhifələri məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19: 34-də qeydə alınıb. Zəlzələnin episentri Kərman vilayətinin Fəryab şəhərindən 30 kilometr məsafədə yerləşib. Yeraltı təkanların ocağının 21 kilometr dərinlikdə olduğu təyin edilib.

Mümkün ola biləcək itkilər və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə