Paşinyanın arvadı Akopyan ABŞ-a uçdu

Paşinyanın arvadı Akopyan ABŞ-a uçdu

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan 31 yanvar gecəsi Amerika Birləşmiş Ştatlarına uçub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata ustunadən xəbər verir ki, bu barədə hraparak.am məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Nikol Paşinyanın arvadı 31 yanvar tarixində saat 02:50-də Qatar Airlines aviaşirkətinin İrəvan-Doha-Los Angeles təyyarəsi ilə ABŞ-a uçub. Bildirilir ki, Anna Akopyan olduğu təyyarə təxminən 12 saat sonra Los Angeles hava limanına enib.

Xatırladılır ki, bu yaxınlarda Anna Akobyanın və qızlarının Moskvaya uçduğu, orada da bahalı restoranlarda nahar etdiyi, müxtəlif qiymətli içkilərdən istifaadə etdiyi barədə də məlumatlar yayılıb. Anna Akopyanın Moskvaya getməsiylə bağlı məlumatlar da ailə üzvləri tərəfindən təkzib olunmayıb və bunun özəl bir ziyarət olduğunu bildirdilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə