"Son günlər öz gücünü nümayiş etdirməyə çalışan Nikol hakimiyyəti yenidən siyasi rəqiblərini təqib etməyə başlayıb. Belə ki, bu dəfə Paşinyanın rəhbəri olduğu hakimiyyətin hədəfində onun baş nazır postuna kecməyə hazırlaşan Vazgen Manukyandır".
SİA bu fikirləri erməni mətbuatına istinad edərək bildirir.
Beləliklə, bu gün hökumətin ölkə daxilində düşmən ovuna çıxdığını diqqətə çatdıran erməni mətbuatı bunu hazırkı erməni səlahiyyətlilərinin xəstə və gücsüzlüyünə dəlalət etdiyini istisna etmir. Məsələn, bəzi erməni saytları hökumətin bu addımının uzun deyil, çox qisa vaxtda heç bir effekt vermədən tənəzzülə uğrayacağını iddia edirlər. Əslində, bu fikirləri həmin mediların subyektiv fikirləri kimi də qəbul etmək olar. Çünki, belə görünür ki, Nikol da hakimiyyətdən elə-belə getmək niyyətində deyi. Buna əsas kimi, onun artıq qabaqlayıcı addımlara star veddiyini göstərmək olar.
Maraqlıdır, ğörən, bu gün Paşinyan hökuməti Vazgen Manukyanı nədə ittiham etməyə çalışır?
"Biz Nikol Paşinyanı qovmaq istəyirik. Buna konstitusiya yolu nail ola bilməcək, bu halda üsyan edəcəyik. Bu xalqın təbii haqqıdır". Qeyd edək ki, bu fikirləri bir müddət bundan əvvəl Vazgen Manukyan bildirib. Əslində, bu deyilənlər Nikola meydan oxumaqdır və təbii ki, Paşinyan bunu qəbul etmək niyyətində deyil.
Yeri gəlmişkən bildirək ki, bu gün dünyada qəbul edilmiş "demokratik standart"ın təməlində dayanan Amerikanın İstiqlal Bəyannaməsində hökumətə qarşı heç bir şəkildə zorakı hərəkətə çağırış yoxdur.
Amma, bu yaxınlarda Manukyanın müharibənin bitməsindən iki həftə əvvəl Qarabağdakı erməni generallara zəng açaraq, onları Paşinyan və onun kuklası olan Arayik Arutyunyanın əmrlərinə tabe olmamaq barədə çağırış etməsinin faş olması, Nikolun Vazgenə qarşı "tədbirlər planı" hazırlamasına rəvac verib. Deyilənlərə görə, belə görünür ki, Paşinyan artıq Manukyanı bağışlamaq niyyətində deyil(?).
Məhz buna görə də, artıq qabaqlayıcı tədbirlərə start verən baş nazır bu istiqamətdıki fəaliyyətini davam etdirməkdədir. Məsələn, müharibənin bitməsində üç ay keçməsinə baxmayaraq, bu gün də Ermənistanda hərbi vəziyyət qüvvədədir və belə görünür ki, Paşinyan bunu yaxınlarda ləğv etmək niyyətində deyil.
Bundan əlavə, hərbi vəziyyət rejimini müxtəlif bəhanələrlə qorumaqa çalışan Nikol özü üçün daha az vacib olmayan digər vəzifələri həll etməkdədir. Belə ki, o erkən parlament seçkiləri öncəsi Araqatsotn, Ararat, Armavir, Lori, Kotayk və Şirak əyalətlərində öz nümayəndələrini yerləşdirərək, əvvəlki etibarsız nümayəndələrdən xilas olub. Təbii ki, yaxınlarda Paşinyana sədaqətlilərin yeni təyinatlar alacağı da şübhə dogurmur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB