Bu gün Ermənistanın dövlət borcu 9 milyarda yaxındır. Ölkə vətəndaşları Qarabağ müharibəsindən əvvəl və müharibənin gedişində Ermənistan hökumətinin zəmanəti ilə kreditlə alınan silahlar üçün ödəniləcək milyardlarla dollarlıq vəsaitin haradan əldə ediləcəyindən narahatdırlar.
Daşnaksütyun partiyasının iqtisadi araşdırmalar mərkəzinin rəhbəri Suren Parsyan isə tarixi faktlara baş vuraraq Ermənistana rəhbərlik edən rəhbərləri dövləti nə qədər borca saldığına aydınlıq gətirib. Beləliklə, Ermənistanın ikinci prezidenti Robert Koçaryan prezidentliyi müddətində dövlət borcunu 700 milyon dollara çatdırıb. Üçüncü Prezident Serj Sarkisyan isə əlavə 5,5 milyard dollar borc yaradıb. Baş nazir Nikol Paşinyan isə Rusiya, Serbiya və İordaniyadan kreditlə aldığı silahları hesablamasaq Ermənistanın borcunu daha 1,2 milyard dollar artırıb.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın dövləti borca salıb, salmadığı haqda heç bir məlumat yoxdur.
Mərkəzin rəhbəri bildirib ki, son müharibə zamanı alınan silahlara görə ödəniləcək kreditlərin məbləği barədə konkret rəqəm bildirilmir. Ona görə də Ermənistanın dövlət borcunun 10 milyard dolları aşacağı şübhəsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB