“Bakını Qarabağın satusu ilə bağlı müzakirəyə məcbur etməmiz üçün heç nəyimiz yoxdur” Robert Koçaryan

“Ermənistanda Bakını Qarabağın statusu ilə bağlı müzakirə aparmağa məcbur etməsi üçün artıq heç nəyi yoxdur”. SİA xəbər verir ki, bunu ölkəsinin sabiq prezidenti Robert Koçaryan Hayeli.am, Politik.am və Yerevan.today-a verdiyi müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, münaqişənin tənzimlənməsinin bütün variant hallarında nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ehtimalları olurdu, lakin buna hər zaman sonuncu akkord kimi baxılırdı.

Koçaryan bildirib ki, artıq Azərbaycan ərazi məsələsini güc yolu ilə həll edib.

“Ona görə də mövcud vəziyyətdə bizim Azərbaycanı Qarabağın statusu ilə bağlı məsələni müzakirəsinə məcbur etməmiz üçün artıq heç nəyimiz yoxdur. Yəni Bakı bu məsələni həll olunmuş hesab edir”, Ermənistanın ikinci prezidenti müsahibəsində bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə