Türkiyənin Baş naziri Azərbaycan prezidentinə telefonla zəng edib

Türkiyənin Baş naziri Azərbaycan prezidentinə telefonla zəng edib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

SİA-nın xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulayıb.


Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня