Prezident İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarını qəbul edib

Prezident İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul edib.

SİA-nın xəbərinə görə, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə nümunə kimi qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı və bu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.


Bütün xəbərlər Facebook səhifəmizdə