YAP-ın nümayəndələri milliyyətcə rus olan qaziləri ziyarət ediblər - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri milliyyətcə rus olan Vətən müharibəsi qazilərini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP İcra katibliyinin şöbə müdirləri, deputatlar Aydın Hüseynov və Aydın Mirzəzadə, YAP Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov qazilərin vəziyyəti ilə maraqlanıb, onlara Vətənin müdafiəsində iştiraka, ailələrinə isə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür ediblər.

Qeyd edək ki, Vladislav Karçaşkin Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda döyüşlərdə iştirak edib, medallarla təltif edilib. Denis Quzlayev isə oktyabrın 14-də Füzuli istiqaməətində ağır döyüşlərin birində çənəsindən ağır yaralanıb, əməliyyat olunub, hazırda reabilitasiyadadır. O da medalla təltif edilib.

Qazilərin ailələrinə təşəkkür edilib və yardım olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...