Peyvəndi təsirsizləşdirən hansı məhsullardır? XƏBƏRDARLIQ

Son günlər, xüsusilə dünyanın müxtəlif ölkələrində başladılan koronavirus əleyhinə peyvəndlər haqqında fərqli informasiyalar yer alır, ümumiyyətlə, COVİD-19-a qarşı peyvənd pereparatları arasında müxtəlif fikirlər səsləndirilir, hətta bir sıra məqamlarda onun təsirinin mənfi hallara yol açması barədə iddialar irəli sürülür. Azərbaycanda da sürətli peyvəndləmə işlərinə start verilib və müxtəlif yaş, eləcə də sosial mühit təbəqələrinə ayrılan əhali arasında vaksinin təsirləri ətrafında məlumatlar yayılır.

SİA xəbər verir ki, bununla bağlı Türkiyənin tanınmış həkimi, professor Hakan Öğuztürk maraqlı məqamlara toxunub və qeyd edib ki, əslində sağlam həyat sürən insanlarda mənfi təsirlərin baş verməsi elə də inandırıcı görünmür. Tvnet-ə danışan professor hesab edir ki, peyvənd şübhəsiz ki, immunitet sistemində virusa qarşı güclü immun mexanizminin əmələ gəlməsinə səbəb olacaq, lakin təəssüf ki, alkoqol ona mənfi təsir göstərir və peyvəndin təsirini azaldır.

“Spirtli içki təkcə COVİD-19-a qarşı deyil, ümumiyyətlə, bütün peyvəndlərə öz mənfi təsirlərini göstərir”, deyən Hakan Öztürk hesab edir ki, peyvənd edilməzdən 10 gün öncə və bir ay sonra qəti şəkildə alkoqollu içkilər qəbul etmək yasaqdır.

“Siqaret çəkmək də peyvəndin təsirlərini azaldır”, deyə türkiyəli həkim vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...