İşğaldan azad edilən ərazilərin bərpası üçün şirkətlərə lazımi şərait yaradılacaq - Ziyad Səmədzadə

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün bizə dəstək göstərmək istəyən Türkiyə şirkətləri üçün bütün şərait yaradılacaq.

SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Təşkilatının İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Z.Səmədzadə bildirib ki, Milli Məclis qanunvericilik baxımından üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Onun sözlərinə görə, Milli Məclis investorlara əlverişli şərait yaratmaq üçün müvafiq qanunvericilik bazasına yenidən baxır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...