21 yanvarda nə baş verib? TARİXDƏ BU GÜN

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyib və onu "qeyri-qanuni yığıncaq" kimi qiymətləndirib. Sessiyada Bakıdan qoşun çıxarılması ilə fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərar qəbul edilib. Lakin SSRİ rəhbərliyi bu qərarı tanımayıb.

1990-cı ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 yanvar qətliamını qətiyyətlə pisləyən bəyanatla çıxış edib və bu qanlı hadisənin əsas baiskarı olaraq SSRİ-nin rəhbəri Mixail Qorbaçovu gördüyünü vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə