Çavuşoğlu 20 Yanvar şəhidlərini andı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 20-də canlarını Azərbaycanın istiqlalı uğrunda qurban verən şəhidlərlə bağlı "Twitter” hesabında paylaşım edib. SİA xəbər verir ki, iki qardaş ölkənin dövlət bayraqlarını paylaşımına əlavə edən nazir bunları yazıb:

"20 yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu xarıbülbül ilə birlikdə çiçəkləyir. Üç rəngli bayrağınla xoşbəxt yaşa, Can Azərbaycan!”.

Bütün xəbərlər Facebook səhifəmizdə