Qarabağda tapılan erməni cəsədlərinin sayı 1246 oldu

Qarabağda daha yeddi erməni əsgəri və bir mülki şəxsin qalıqları tapılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan çərşənbə axşamı "Sputnik Ermənistan"-ın müxbirinə məlumat verib.

Məlumatda qeyd olunub ki, son döyüş əməliyyatları aparılan ərazidə axtarış işləri başlayandan bəri hərbi və mülki şəxslər olmaqla, cəmi 1246 cəsəd və onların qalıqları tapılıb.

“Qarabağın Hadrud bölgəsində bir mülki şəxsin və bir əsgərin cəsədi tapılıb. Daha beş əsgərin cəsədi Cebrail ərazisində, bir əsgərin cəsədi isə Ermənistanın Sünik bölgəsidə tapılıb”, dedi Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbi qulluqçuların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə