Etiraz dalğası böyüyür Ermənistanda

Ermənistan müxalifəti bazar günü İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtomobil yürüşləri keçirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Arşakunyas prospektindən başlayan yürüş İrəvanın mərkəzi küçələrindən keçərək Respublika Meydanında sona çatıb.
Məlumatda qeyd olunur ki, bir neçə sürücü fasiləsiz şəkildə siqnal verdiklərinə görə cərimələnib.
Xatırladılır ki, Ermənistandakı daxili siyasi toqquşmalar keçən ilin dekabrından bəri İrəvanda 17 müxalifət partiyasının, habelə mədəniyyət xadimlərinin və ziyalıların nümayəndələri tərəfindən təşkil edilən etiraz aksiyaları keçirilir və Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələb edilir. Qeyd edilir ki, Paşinyan tərəfindən 9 noyabr tarixində Rusiya və Azərbaycan liderləri ilə Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə Azərbaycanın xeyrinə əhəmiyyətli ərazi güzəştlərini nəzərdə tutan bir bəyanat imzalaması siyasətçiləri və sıravi vətəndaşları qəzəbləndirib. Müxalifət partiyaları hökumət başçısının istefasını tələb edir və gələcəkdə müvəqqəti baş nazir olaraq öz namizədi Vazgen Manukyanı təklif edərək, erkən parlament seçkilərinin keçirilməsində israrlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...