Prezidentin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb

Gürcüstanın nüfuzlu "kavkasia.net", "marneulifm.ge", "report.ge" informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa şəhərinə tarixi səfəri ilə bağlı informasiyalar yayıblar. Yayılan materiallarda Azərbaycan Prezidentinin Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyduğu, Şuşaya səfər edərək orada görüşlər keçirməsi, mədəniyyət paytaxtı elan olunmuş bu şəhərdə Azərbaycan bayrağının ucaldılması barədə oxuculara ətraflı məlumat verilib. Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunan materiallar oxuculara həm də foto və video görüntülərlə təqdim olunub.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə