Dram sürətlə düşür, qazın qiyməti isə dayanmadan qalxır “Hayastani Anrapetutyun”

"Yaxın vaxtlarda Ermənistanda qazın qiymətinin artırılması daha real görünür". SİA xəbər verir ki, bu haqda ölkənin "Hayastani Anrapetutyun" qəzeti yazır.

Erməni nəşrinə görə, baxmayaraq ki, 2021-ci ildə Rusiyadan Ermənistana ötürülən qazın qiyməti dəyişilməyib və 1000 kubmetrə görə 165 dollar təşkil edir , ancaq bu yalnız birinci kvartalda dəyişilməyəcək. "Nəyə görə mütəxəssislər qaza olan tarifin artacağını inamla bildirirlər? Ona görə ki, ötən ilin iyulundan nəhəng istehlakçılar üçün həmin tarif qaldırılmışdı", deyə erməni qəzeti yazır və qeyd edir ki, hər il Rusiyadan Ermənistana 2.2 milyard kubmetrə yazın qaz ixrac edilir və buna görə 1000 kubmetrə görə 165 dollar ödənilir. SİTAT: Təbii qazın qiyməti nəhəng istehlakçılar üçün dollarla təyin edilir, dolların kursu isə hər ay korrektə olunur. Əhali üçün isə tarif dramla (erməni milli valyutası) müəyyən edilir. Rusiyadan ixrac edilən 2.2 milyard kubmetr qazın 0,7 milyard kubmetrini əhali istifadə edir. Yəni ixrac edilən ümumi həcmin 31%-i bu il dövlət büdcəsinin təsdiqi ilə kursa görə dramla hesablanır".

Qəzet yaranan çətinliyi ötən il noyabrın 9-da (10-da) imzalanmış üçtərəfli bəyanatla əlaqələndirir və qeyd edir ki, həmin imzalanmadan sonra dram sürətli şəkildə 6.6%-ə qədər endi və 1 dollara görə 525 dram təşkil etdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə