“Ermənistan böhran vəziyyətindədir” Paşinyanın etirafı

“Ermənistan böhran vəziyyətindədir” Paşinyanın etirafı

Ölkənin böhran vəziyyətindən çıxarılması lazımdır. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu bu gün hökumət iclasında bəyan edib.
Sözügedən sayt yazır ki, erməni baş nazir belə bir fikir bildirməklə, əslində, Ermənistanda böhranlı vəziyyətin olduğunu şəxsən etiraf edib.
“Ölkənin böhrandan çıxması lazımdır və bu baxımdan yeni səylərə ehtiyac var”, deyə Nikol Paşinyan bildirib və hayeli.am saytı onun bu fikirlərini sitat gətirib. Həmçinin qeyd olunur ki, bu, cari ilin ilk hökumət iclasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə